İŞİD bir nömrəli düşməninin adını açıqladı

İŞİD bir nömrəli düşməninin adını açıqladı

İŞİD terror qruplaşması Roma Papası Fransiski bir nömrəli düşmən elan edib.

Oxu.Az-ın Daily Express nəşrinə istinadən xəbərinə görə, bu barədə ekstremistlərin Dabiq jurnalında məlumat verilir.

“Biz sənə Allahı tanımadığına görə nifrət edirik”, - jurnal terrorçuların Fransiskə ünvanladığı müracəitdən sitat gətirir.

Yaraqlılar həmçinin Papa Fransiski LGBT-yə dəstək verməkdə ittiham ediblər.

Nəşr qeyd edir ki, bundan əvvəl İŞİD Vatikana hücum və Roma Papasının qətlə yetirilməsinin planını əks etdirən video yayıb.

0
7