Türkiyənin Daxili işlər naziri istefa verib

Türkiyənin Daxili işlər naziri istefa verib

Türkiyənin Daxili işlər naziri Əfqan Ala istefa verib.

Oxu.Az-ın Milliyet nəşrinə istinadən xəbərinə görə, bu barədə Türkiyənin baş naziri Binali Yıldırım bəyan edib.

O bildirib ki, DİN rəhbəri vəzifəsinə sabiq Əmək və Sosial müdafiə naziri Süleyman Soylu təyin olunub.

İstefanın səbəbləri açıqlanmır.

0
9