Braziliya prezidentinə impiçment elan edildi

Braziliya prezidentinə impiçment elan edildi

Braziliyanın Federal Senatı vəzifəsindən müvəqqəti kənarlaşdırılan Dilma Rousseffin impiçmentini səs çoxluğu ilə təsdiqləyib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, D.Rousseffin istefasının lehinə 61, əleyhinə isə 20 Senat üzvü səs verib.

Beləliklə, 2018-ci ilin sonunadək ölkəyə vitse-prezident Mişel Temer başçılıq edəcək.

Qeyd edək ki, 2011-ci ildən ölkəyə rəhbərlik edən D.Roussefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri “Petrobras” Dövlət Neft Şirkəti ilə bağlıdır. Həmçinin, D. Rousseff büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergilərlə bağlı qanun pozuntularında şübhəli bilinir.

0
10