ABŞ Rusiyanın İŞİD-in ikinci şəxsini məhv etdiyinə dair məlumatı təkzib edib

ABŞ Rusiyanın İŞİD-in ikinci şəxsini məhv etdiyinə dair məlumatı təkzib edib

ABŞ Rusiya aviasiyasının zərbələri zamanı İŞİD terror qruplaşmasının ikinci şəxsini məhv edilməsinə dair məlumatı təkzib edib.

Oxu.Az Reuters-ə istinadən məlumatına görə, bu barədə Pentaqon nümayəndəsi bildirib.

“Rusiyanın bəyanatı cəfəngiyatdır”, deyə adının açıqlanmasını istəməyən mənbə vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiya Müdafiə nazirliyi Hələb vilayətində aviazərbələr zamanı İŞİD-in ikinci şəxsi sayılan və mətbuatla iş üzrə rəsmi nümayəndəsi kimi tanınan səhra komandiri Əbu Məhəmməd Əl-Adnani məhv edildiyini bildirib.

0
11