Ekspert: "Mərkəzi Bank uzun müddət davam gətirə bilməyəcək"

Ekspert: "Mərkəzi Bank uzun müddət davam gətirə bilməyəcək"

Dövlət Neft Fondu bu gün cəmi 2,4 milyon dollar satıb. Lent.az xəbər verir ki, hərraclarda xarici valyutalara tələb aşağı olaraq qalmaqdadır. Ümumilikdə isə aprelin əvvəllərində dollara tələbin yüksəlməsinə baxmayaraq yenidən bankların xarici valyuta alışı aşağı düşüb. İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, dollara tələbin azalması banklarda dollarlaşma səviyyəsinin yüksək olması ilə yanaşı, “Fitch” agentliyinin manatın məzənnəsinin yaxın 6-12 ay ərzində sabit qalacağı ilə bağlı açıqlaması ilə əlaqədardır:

“Bundan sonra, bankların bir qismi gündəlik aktivlərini daha dollara çevirmirlər. Bəzi banklarda gündəlik əməliyyatlar üçün nəzərdə tutulan vəsaitlərin manatda saxlanması prosesi bərpa edilməkdədir. Belə görünür ki, banklarımız Londonda yerləşən “Fitch” şirkətinə Azərbaycan Mərkəzi Bankından daha çox inanırlar. Dollara tələbə Mərkəzi Bankdan daha çox xarici qiymətləndirmə şirkətlərinin açıqlamaları təsir göstərir. Mərkəzi Bank isə manat bazasının məhdudlaşdırması siyasətini davam etdirməkdə israrlı görsənir. Amma hiss olunur ki, baş bank bunu uzun müddət davam etdirə bilməyəcək. Bununla yanaşı, dollara tələbin azalmasına baxmayaraq Mərkəzi Bank manatın kəskin möhkəmlənməsinə şərait yaratmaqda həvəsli görsənmir. Mərkəzi Bankı hələlik milli valyutanın məzənnəsini özü üçün müəyyənləşdirdiyi koridorda müəyyənləşdirmək niyyətindədir”.

0
15