Neftçalada 16 yaşlı oğlan göldə batıb

Neftçalada 16 yaşlı oğlan göldə batıb

Bu gün günorta saatlarında Neftçala şəhərində yerləşən Qobu adlanan göldə 16 yaşlı oğlan boğulub.

Oxu.Az-ın Virtualaz.org-a istinadən verdiyi məlumata görə, Neftçala şəhər 2 saylı orta məktəbin 11-ci sinif şagirdi Sadıqov Ayxan Yalçın oğlu yoldaşları ilə birgə “Qobu"da çimərkən batıb.

Hadisə şahidlərinin dediyinə görə, Ayxan bir sahildən uzaq məsafədə yerləşən digər sahilə üzmək istəyərkən suda boğulub.

İndiki saatlarda onun cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda arşdırmalara başlanılıb.

0
10