Rusiyada həbsxanada “Brat” ləqəbli azərbaycanlı ölüb

Rusiyada həbsxanada “Brat” ləqəbli azərbaycanlı ölüb

Rusiyanın Saratov şəhərində cəzaçəkmə müəssisəsində azərbaycanlı məhkum ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə Saratov Vilayəti Azərbaycanlıları Konqresinin sədri Vladimir Muradov APA-ya bildirib.

Ölən şəxs əslən Azərbaycanın Siyəzən rayonundan olan, Rusiya Federasiyasının vətəndaşı, “Brat” ləqəbli Abdullayev İlham Səttar oğludur.

İ. Abdullayev ötən gün cəza çəkdiyi müəssisədə dünyasını dəyişib. Ölümün səbəbi hələlik açıqlanmayıb.

Onun nəşi yaxın günlərdə Azərbaycana gətirilərək doğulduğu Siyəzən rayonunda dəfn olunacaq.

0
20