Bəstəkar Oqtay Zülfüqarov son mənzilə yola salınıb – FOTO

Bəstəkar Oqtay Zülfüqarov son mənzilə yola salınıb – FOTO

Avqustun 31-də Təzəpir məscidində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq Artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, professor Oqtay Zülfüqarovla vida mərasimi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, vida mərasimində sənətkarın ailə üzvləri, yaxınları, sənət dostları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sənətkarın cənazəsi önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.

Görkəmli sənətkarın vida mərasimində iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Oqtay Zülfüqarovun Azərbaycan bəstəkarlıq məktəbinin inkişafındakı əvəzsiz xidmətlərini xatırladaraq, onun müxtəlif janrlarda bəstələdiyi əsərlər hər zaman dinləyicilər tərəfindən sevilib və qəlblərə yol tapdığını qeyd edib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə musiqi ictimaiyyətinə üz verən bu itkinin acısını jurnalistlərlə bölüşərək, Oqtay Zülfüqarovun Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında müstəsna xidmətləri olduğunu bildirib.

Görkəmli sənətkarın cənazəsi son mənzilə yola salınıb. Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

0
15