Ştaynmayer Rusiyanın G8-ə qayıtma şərtlərindən danışdı

Ştaynmayer Rusiyanın G8-ə qayıtma şərtlərindən danışdı

“Böyük yeddiliyin” iştirakçıları Donbas və Suriya məsələsi üzrə irəliləyiş əldə edildiyi halda, Rusiyanın G8-ə qayıtmasını müzakirə etməyə hazırdırlar.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer “RedaktionsNetzwerk Deutschland”ə verdiyi müsahibəsində bildirib.

“Suriyada və Ukraynadakı münaqişələr, Rusiyanın iri dünya iqtisadiyyatının dar danışıq formatlarından istisna olunmasının maraqlarımza daxil olduğunu göstərir... Əgər Ukraynanın şərqində və Suriyada atəşkəsə dair irəliləyiş olarsa, G8 tərəfdaşları bu barədə Moskva ilə danışmağa hazırdırlar”, - nazir qeyd edib.

“G8-ə qayıdış üçün qapının açarları Moskvanın əlindədir”, - o əlavə edib.

0
9