Bolqar klubunun məşqçisi təyinatından iki saat sonra istefa verdi

Bolqar klubunun məşqçisi təyinatından iki saat sonra istefa verdi

Bolqarıstanın Plovdivdən olan “Botev” futbol klubunun azarkeşləri baş məşqçi Nikolay Mitovu vəzifəsinin icrasına başlamasından iki saat sonra istefa verməyə vadar ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Mitov baş məşqçi kimi təqdim edilib və o, komanda ilə ilk məşqinə başlayıb. Narazı qalan azarkeşlər məşqi pozaraq məşqçidən klubu tərk etməyi tələb ediblər.

Mitovun ardınca onun assistenti Marian Xristov da gedib. Bir müddət sonra “Botev”in sahibi Rumen Çandarov komandanın maliyyələşdirilməsindən imtina edib.

“Botev” iki dəfə - 1929 və 1967-ci ildə Bolqarıstanın çempionu olub.

0
8