Şəmkirdə toyda kütləvi dava düşdü, yaralananlar var – VİDEO

Şəmkirdə toyda kütləvi dava düşdü, yaralananlar var – VİDEO

Yaralılara yardım göstərildikdən sonra palataya yerləşdirilib.

Şəmkirin Keçili kəndində döyülmə hadisəsi baş verib.

Oxu.Az Region TV-yə istinadən xəbər verir ki, kənd sakini, 57 yaşlı Əliqazax Süleymanov müxtəlif bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Yaralıya dərhal yardım göstərildikdən sonra palataya yerləşdirilib. Həkimlər Əliqazax Süleymanovun vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

Anar Qasımov – həkim: “Şöbəmizə Süleymanov Əliqazax sol altıncı qabırğanın sınığı diaqnozu ilə müraciət edib. Xəstəyə yardım göstərilib, hazırda stasionar müalicədədir. Söyləməsinə görə, döyülərək xəsarət alıb”.

Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, Əliqazax Süleymanovu qonşuları Qabil Qasımov və oğlu Böyükkişi Qasımov döyüb. Belə ki, qonşular birlikdə toyda yeyib-içdikdən sonra evlərinin qarşısında zarafat ediblər. Bundan sonra isə qonşular arasında mübahisə yaranıb və bir-birlərinə xəsarət yetiriblər.

Faktla bağlı araşdırma aparılır.

0
12