Ölən hamilə DSX-nin ilk qadın pilotu imiş

Ölən hamilə DSX-nin ilk qadın pilotu imiş

Xəbər verdiyimiz kimi, Bakıda 36 həftəlik hamilə olan qadın Dilarə Babayeva körpəsi ilə birgə vəfat edib.

Oxu.Az Femida.az-a istinadən xəbər verir ki, xanım Babayeva Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu olub.

1986-cı il təvəllüdlü Dilarə Aydın qızı Babayeva kapitan imiş.

Qeyd edək ki, D.Babayeva dünən zəhərlənmə şübhəsi ilə 1 saylı şəhər xəstəxanasına aparılıb. Qadını və körpəsini xilas etmək mümkün olmayıb.

Dilarə Babayevanın hazırda Qubada dəfni həyata keçirilir.

0
13