Azərbaycan 3 olimpiya lisenziyasından imtina etdi

Azərbaycan 3 olimpiya lisenziyasından imtina etdi

Azərbaycan Rusiya yığmasının 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına buraxılmaması ilə əlaqədar verilən əlavə 3 lisenziyadan imtina edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.

Azərbaycanın bu lisenziyaları qazanmadığını bildirən A.Rəhimov deyib: “Vəsiqələri əldə etməyən idmançı necə o yarışa gedə bilər?”.

Digər tərəfdən, məhkəmənin qərarının olmadığını xatırladan nazir “Əlilləri uzun illər hazırlaşdıqları yarışa buraxmamaq ən azı, Allaha xoş getməz” söyləyib.

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunları 7-18 sentyabrda keçiriləcək. Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycan idmançılarından cüdoçu Afaq Sultanova və Ramin Əliyevə, eləcə də atlet Hüseyn Hüseynova oyunlarda iştirak hüququ verib. Sultanova 2012-ci il London Yay Paralimpiya Oyunlarının qalibidir. “Rio -2016”-da Azərbaycanın 27 paralimpiyaçısı 6 idman növündə ümumilikdə 44 lisenziya qazanıb.

0
22