Şirvanda içərisində 43 min manat olan bankomat oğurlandı

Şirvanda içərisində 43 min manat olan bankomat oğurlandı

Şirvan şəhərində bir banka məxsus bankomat oğurlanıb.

Oxu.Az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, polisə bu gün saat 04.00 radələrində Hacı Qəhrəmanlı qəsəbəsində yerləşən bankomatın oğurlanması barədə məlumat daxil olub.

İlkin ehtimala görə, bankomatda 43 min manat olub.

Şirvan Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

0
23