Müğənni Kris Braun həbs edildi

Müğənni Kris Braun həbs edildi

Amerikalı pop-müğənni Kris Braun avqustun 30-da odlu silahla hücum etməkdə şübhəli bilinərək saxlanılıb.

Oxu.Az bu barədə Reuters-ə istinadən xəbər verir.

Həbsdən öncə onun Los-Ancelesdəki evində axtarış keçirlib. Səhər saatlarında 911-ə qadın zəng edərək yardım istəyib.

Müğənninin evi önünə toplaşmış jurnalistlərə polis departamentinin leytenantı Kris Ramires müğənninin sahəyə aparıldığını, desə də işin təffərrüatlarını bildirməyib.

Məlumata görə, müğənni bir müddət sonra onun evini tərk edən qadına silah çəkib. Münaqişənin səbəbi aydın deyil, qadının adı açıqlanmayıb.

0
12