Nazir: Məktəbəqədər təhsil icbari olmayacaq

Nazir: Məktəbəqədər təhsil icbari olmayacaq

Valideynlər seçim edəcəklər.

Bizdə məktəbəqədər təhsil sahəsində problemlər mövcud idi. Bu problemlərin aradan qaldırılması üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çoxlu sayda uşaq bağçalarının tikilməsinə istiqamətlənmiş təşəbbüs ilə çıxş etdi. Azərbaycanda müsbət demoqrafik vəziyyətin müşahidə edilməsi sevindirici haldır. 

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov məşhur bloger Vyaçeslav Sapunova verdiyi müsahibəsində bildirib. 

Onun sözlərinə görə, məktəbəqədər təhsili əhatə etmək məqsədi ilə Təhsil Nazirliyi məktəb infrastrukturlarını istifadə etmək qərarına gəlib. 

“Əvvəlcə Bakı məktəbləri ilkin olaraq 8, daha sonra isə 140 məktəbdə məktəbəqədər hazırlıq sinifləri, gündə təxminən 3 saat məşğul olmaq şərti ilə 8 aylıq xüsusi kurslar təqdim edildi”, - nazir deyib. 

Cabbarov bəyan edib ki, belə siniflərə qəbul beş yaşından başlayır, “yəni məktəbə getməzdən bir il əvvəl”.

“Bu layihə yetərincə uğurlu oldu. Nəticələr gözlədiyimizdən artıq olduğu üçün biz Maliyyə Nazirliyi ilə birgə bu proqramın dövlət hesabına genişləndirilməsinə dair məsələni hökumətin baxışına çıxardıq. 2016-cı ilin sentyabr ayından layihəmizi miqyaslı şəkildə buraxmağa hazırlaşırıq. Məqsədimiz 2020-ci il üçün ölkənin məktəbəqədər təhsilini lazım olan səviyyəyə çatdırmaqdır”, - o bəyan edib. 

Nazir qeyd edib ki, hazırda məktəbəqədər təhsilin ölkədə əhatəsi 23-25%-dən ibarətdir, məqsəd 70% və yuxarı göstəriciyə çatmaqdır. 

Nazir, həmçinin vurğulayıb ki, məktəbəqədər təhsilin alınması valideynlərin seçimi ilə olacaq. 

“Eyni zamanda biz, uşaqların həyatda gələcək uğurları baxımından məktəbəqədər təhsilin ən mühüm pillə olduğuna dair daima maarifləndirmə işini aparacağıq. Məktəbəqədər təhsili olan uşaqların, bu təhsilə yiyələnməyən uşaqlardan gələcəkdə akademik göstəricilərinin daha yüksək olmasına dair bir sıra elmi və empirik dəlillər mövcuddur”, - M.Cabbarov bəyan edib.

www.oxu.az 

0
17