Azərbaycanda yeni kənd təsərrüfatı müəssisəsi yaradılıb

Azərbaycanda yeni kənd təsərrüfatı müəssisəsi yaradılıb

Kənd Təsərrüfatı Nazirliyi “Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin yaradıldığını elan edib.

Oxu.Az report-a istinadən xəbər verir ki, yeni müəssisə Beyləqan rayonundakı “Xətai adına südlük-maldarlıq üzrə damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsi” və “Dostluq qoyunçuluq üzrə damazlıq dövlət kənd təsərüfatı istehsalı müəssisəsi” MMC-lərin birləşdirilməsi əsasında yaradılıb.

Bununla əlaqədar yuxarıda adları qeyd edilən MMC-lərin kreditorları və digər hüquqi və fiziki şəxslərə olan borcları barədə Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Ləvğetmə Komissiyasına iki ay ərzində müraciət etmələri xahiş olunur.

Z.C

0
6