ANS-in aparıcısı “Xəzər”də çalışacaq

ANS-in aparıcısı “Xəzər”də çalışacaq

Lisenziyası ləğv edilmiş ANS telekanalında yayımlanmış “Şoubiz” verilişinin aparıcısı, “Xəbərçi”nin həm aparıcısı, həm də baş redaktoru vəzifəsində çalışmış Xanım Yadigarlı bundan sonra “Xəzər” televiziyasında çalışacaq.

Oxu.Az xəbər verir ki, teleaparıcı “Instagram” hesabında adıçəkilən telekanalda lentə alınmış fotoşəkillərini paylaşıb. Lakin aparıcılıq edəcəyi veriliş barədə heç bir məlumat verməyib.

0
10