Özbəkistan prezidentinin qızı hər kəsə təşəkkür etdi

Özbəkistan prezidentinin qızı hər kəsə təşəkkür etdi

Özbəkistan prezidentinin qızı Lola Kərimova həmvətənlərini ənənəvi olaraq sentyabrın 1-də qeyd edilən Müstəqillik Günü münasibətilə təbrik edib.

Oxu.Az xəbər verir ki, o, müraciəti avqustun 31-də üç dildə instaqram səhifəsində yerləşdirib.

“Qoy bizim torpağımızda, Vətənimizdə əsrlər boyu olduğu kimi hər zaman sülh və sabitlik, tolerantlıq və müxtəlif xalqların və dini etiqadların nümayəndələri arasında qarşılıqlı hörmət hökm sürsün, bərqərar olsun!”, - Kərimova yazıb.

Bundan başqa o, hamıya dəstəyə görə təşəkkür edib.

“Mən, həmçinin bu imkandan istifadə edərək hamıya səmimi və prezidentimizin tezliklə sağlığına qovuşması üçün söylədiyiniz xoş sözləriniz və arzularınız üçün səmimi qəlbdən təşəkkür etmək istəyirəm. Bu, bizim üçün çox mühümdür və mən əminəm ki, qəlbinizin dərinliklərindən gələn xeyirxahlığın gücü onun tezliklə sağalmasına yardım edir!”, - müraciətdə deyilir.

0
37