Kvirikaşvili Bakıya gəlir

Kvirikaşvili Bakıya gəlir

Bu gün Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin rəhbərliyi ilə hökumət heyəti Azərbaycana səfərə gəlir. Birgünlük rəsmi səfər zamanı bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılır.

Oxu.Az xəbər verir ki, bu barədə “Novosti-Qruziya” İnformasiya Agentliyi məlumat yayıb.

“Səfər çərçivəsində Kvirikaşvili Azərbaycan prezidenti İlham Əliyev, daha sonra baş nazir Artur Rasizadə ilə görüşəcək. Görüşlər təkbətək, eləcə də geniş formatda olacaq”, - Gürcüstan hökumətinin administrasiyasının mətbuat xidmətindən bildirilib.

0
8