“Qarabağ” klubu ispaniyalı baş məşqçi gətirir

“Qarabağ” klubu ispaniyalı baş məşqçi gətirir

“Qarabağ” klubunun 18 yaşadək futbolçulardan ibarət komandası yeni baş məşqçiyə həvalə olunacaq.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, bu, İspaniyanın “Uraqan” klubunun idman direktoru vəzifəsində çalışmış Pablo Ximenesdir.

Ximenes sosial şəbəkədəki şəxsi hesabında bildirib ki, xarici peşəkar klubdan təklif aldığı üçün 6 aydır çalışdığı komandadan ayrılır.

Qeyd edək ki, Pablo Ximenes “Uraqan”da gənclərdən ibarət komandaların koordinasiyasına cavabdehlik daşıyıb.

0
8