Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb

Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 1,82 dollar və yaxud 3,56% ucuzlaşıb.

Oxu.Az xəbər verir ki, bu gün “AzeriLight” markalı neftin bir barelinin qiyməti 49,32 dollara bərabər olub.

Xatırladaq ki, “AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

0
12