Şimali Koreyada təhsil nazirinin müavini edam edildi

Şimali Koreyada təhsil nazirinin müavini edam edildi

KXDR təhsil nazirinin müavini Kim En Ci bu yaxınlarda edam edilib.

Oxu.Az “Renhap” agentliyinə istinadən xəbər verir ki, bu iddia ilə Cənubi Koreya Birlik Nazirliyinin nümayəndəsi Çon Çjun Hi çıxış edib.

“Bizdə belə bir informasiya var”, - deyən nümayəndə, əlavə məlumat verməkdən imtina edib.

Çərşənbə axşamı Cənubi Koreyanın “Çunan İlbo” qəzeti KXDR-də daha iki yüksək vəzifəli məmurun edamı barədə məlumat yayıb. Şimali Koreya tərəfindən buna dair heç bir rəsmi məlumat daxil olmayıb.

E.Ə.

0
10