Angela Merkel: Almaniya və Avropa İttifaqı qaçqın böhranına göz yumub

Angela Merkel: Almaniya və Avropa İttifaqı qaçqın böhranına göz yumub

“Almaniya və digər Avropa İttifaqı ölkələri öz sərhədləri xaricindəki qaçqın böhranına göz yumub”.

Oxu.Az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel “Sueddeutsche Zeitung” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, miqrasiya böhranını araşdırmaq üçün Almaniya və Aİ-yə səbir və dözüm lazımdır.

“Bizim gördüyümüz, amma üzərində çalışmadığımız siyasi məsələlər var. Almaniyada uzun müddət bu problemə məhəl qoymadıq və məsələnin ümumavropa həllinin tapılmasını blokladıq”, - deyə Merkel vurğulayıb.

Onun sözlərinə görə, Yaxın Şərq və Asiya sərhədlərindən 1 milyondan artıq qaçqın qəbul edən Almaniya İspaniya və digər Avropa İttifaqı ölkələrindəki böhranı həmin dövlətlərin öhdəsinə buraxıb.

“Beləliklə, biz qaçqınların proporsional bölgüsünü rədd etdik”, - deyə Merkel bildirib. Kansler qeyd edib ki, Almaniya Avropa sərhəd agentliyi “Fronteks” modelini dəstəkləməyib.

O əlavə edib ki, qaçqın problemi uzunmüddətli olacaq.

“Biz problemə lazımi qaydada yanaşmadıq”, - deyə kansler etiraf edib.

Z.C

0
7