Yaponiyadakı tayfun 9 qocanın canını aldı

Yaponiyadakı tayfun 9 qocanın canını aldı

Yaponiyanın İvaudzumi şəhərində (İvate prefekturasında)  “Layonrok” tayfununun  səbəb olduğu daşqın nəticəsində qocalar evinin 9 sakini ölüb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, təqaüdçülərin ölümünün dəqiq səbəbi açıqlanmır. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.

Qeyd edək ki, Yaponiyada tüğyan edən “Layonrok” tayfununa görə 470 min nəfərə təxliyə olunmaq tövsiyə edilib.

0
11