İŞİD komandirlərindən biri məhv edildi

İŞİD komandirlərindən biri məhv edildi

Suriyanın Hələb şəhərində İŞİD komandirlərindən biri olan Əbu Məhəmməd əl Ədnani məhv edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “SITE Intelligence Group” təşkilatı məlumat yayıb.  

Radikal qruplaşmaların internet aktivliyini araşdıran təşkilatın məlumatına görə, Ədnani bu gün axşam saatlarında öldürülüb.

Britaniyanın “Sunday Times” nəşrinin məlumatına görə, İraqda döyüş təcrübəsi keçmiş Əl Ədnani terror qruplaşmasının azı 5 ölkədə - Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və Belçikadakı qollarına görə cavabdehlik daşıyıb.

0
20