Rəsmi Ankara Ağ Evin bəyanatına münasibət bildirdi

Rəsmi Ankara Ağ Evin bəyanatına münasibət bildirdi

Rəsmi Ankara Türkiyənin Suriyada keçirdiyi “Fərat qalxanı” əməliyyatına dair Ağ Ev nümayəndəsinin tənqidi bəyanatını yolverilməz adlandırıb və bu mövqeyini ABŞ-ın ölkədəki səfirinə çatdırıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Milliyet qəzaeti Türkiyə XİN-in mətbuat katibi Tanju Bilqiçə istinadən yazıb.

“ABŞ-ın Ankaradakı səfirinə Ağ Ev nümayəndəsinin Türkiyənin Suriyada keçirdiyi “Fərat qalxanı” əməliyyatına dair tənqidi bəyanatını yolverilməz olduğunu və rəsmi Ankara və Vaşinqton arasındakı müttəfiq münasibətlərinə uyğun olmadığı barədə məlumatlandırmışıq. Əməliyyat Türkiyənin milli təhlükəsizliyinə təhdidlərin aradan qaldırılmasına qədər davam edəcək. ABŞ ilə razılaşmaya əsasən, Suriya kürdlərinin Fərat çayının şərqinə çəkilməsini gözləyirik”, - Bilqiçin yazılı bəyanatında bildirilir.

0
10