İŞİD Suriyada Türkiyə tankını vurdu

İŞİD Suriyada Türkiyə tankını vurdu

Suriyanın şimalında İŞİD silahlıları Türkiyəyə məxsus tankı atəşə tutması nəticəsində üç hərbçi yaralanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə NTV Türkiyə Baş Qərargahındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hücum Carablus şəhərindən qərbə, İŞİD-in nəzarətində olan ərazindən həyata keçirilib.

Terrorçuların atdığı raketlərdən biri tanka dəyib. Yaralılar xəstəxanaya yerləşdirilib.

0
14