Astarada vandal saxlanıldı

Astarada vandal saxlanıldı

Başdaşılarını sındıran şəxsə cinayət işi açılıb.

Astarada qəbiristanlıqda başdaşlarını sındıran şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə aprelin 13-də baş verib.

Belə ki, Şiyəkəran kənd sakini Firuddin Babayevq əbiristanlığında qəbirlərin üzərindəki 16 ədəd başdaşını sındırıb.

Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Firuddin Babayev yaxalanıb. 

Faktla əlaqədar cinayət işi başlanıb.

Araşdırma aparılır.

0
14