İraq da neft hasilatının “dondurulması”nı dəstəkləyəcək

İraq da neft hasilatının “dondurulması”nı dəstəkləyəcək

İraq OPEK-in sentyabrda Əlcəzairdə keçiriləcək toplantısında neft hasilatının “dondurulması”nı dəstəkləyəcək.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş naziri Heydər Əl Abadi bildirib.

Qeyd edək ki,   XV beynəlxalq enerji forumunun sentyabrın 26-dan 28-dək  Əlcəzairdə keçirilməsi nəzərdə tutulub. Forum çərçivəsində neft hasilatının “dondurulması”na dair danışıqlarının bərpa olunacağı gözlənilir. Xatırladaq ki, bu ilin yazında analoji danışıqlar OPEK daxilindəki fikir ayrılığı səbəbindən uğursuz olub.

0
14