Netanyahu Abbasla yenə bir araya gəlir

Netanyahu Abbasla yenə bir araya gəlir

İsrailin baş naziri Binyamin Netanyahu və Fələstin lideri Mahmud Abbas arasında sentyabrın sonlarında Moskvada birbaşa danışıqlar aparıla bilər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, məsələdən məlumatlı mənbənin məlumatına əsasən, tərəflər hələlik razılıq verməsələr də,  hazırda onlar arasında bu təşəbbüsün müzakirəsi aparılır.  

Bundan əvvəl Mahmud Abbas İsrail-Fələstin danışıqlarının Moskvada keçirilməsinə dair təklifi  dəstəkləmişdi.

0
14