İranın ən iri qaz yatağında yanğın baş verib

İranın ən iri qaz yatağında yanğın baş verib

İranın “Cənubi Fars” iri qaz yatağında yanğın baş verib.

APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın qaz emalı müəssisəsində qaz tullantıları anbarında baş verib. Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

Ümumi ehtiyatı 12 trln. kubmetr  təşkil edən “Cənubi Fars” qaz yatağı Fars körfəzinin mərkəzi hissəsində, İran sahilindən 100 km aralıda.  

0
11