Türkiyə ordusu və kürd silahlı birləşmələri razılığı gəldilər

Türkiyə ordusu və kürd silahlı birləşmələri razılığı gəldilər

Türkiyə və kürd silahlı qüvvələri Suriyada müvəqqəti atəşkəslə bağlı razılığa gəliblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Frans-Press” agentliyinə Pentaqonun sözçüsü məlumat verib.

“Tərəflər arasında atəşkəs elan olunması və bütün qüvvələrin İŞİD-lə mübarizəyə səfərbər edilməsi barədə razılığa dair təsdiqlənmiş məlumat alməşıq. Bu müvəqqəti, bir neçə günlük razılıqdır. Lakin biz çox istərdik ki, bu atəşkəs daimi olsun”, - deyə ABŞ hərbi nümayəndəsi bildirib.

Xatırladaq ki, ABŞ rəsmiləri daha əvvəl Türkiyənin Suriyadakı kürd silahlılarına zərbə endirməsini pisləyir və əsas diqqəti İŞİD-ə qarşı cəmləşdirməyə çağırırdı.

0
10