Oqtay Əsədov: Ermənistanla müharibə aparsaydıq, xeyli irəliləyərdik

Oqtay Əsədov: Ermənistanla müharibə aparsaydıq, xeyli irəliləyərdik

“Bütün hallarda hazırıq”.

Biz Ermənistanla müharibə aparmamışıq, müharibə aparsaydıq, bir həftədə xeyli irəliləyərdik.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bugünkü plenar iclasında deyib.

O bildirib ki, Azərbaycan sülhün tərəfdarıdır: 

“Ona görə də Azərbaycan ilk olaraq birtərəfli qaydada atəşkəs elan etdi. İndi də sülh danışıqları gedir. Biz bütün hallarda müharibəyə hazırıq, buna dövlətimizin, ordumuzun gücü var”.

0
15