Avropa komissarı Türkiyənin Avropa İttifaqına daxilolma şansından danışdı

Avropa komissarı Türkiyənin Avropa İttifaqına daxilolma şansından danışdı

Rəqəmsal iqtisadiyyat və informasiya cəmiyyəti məsələləri üzrə Avropa komissarı Hünter Ettinger Türkiyənin Avropa İttifaqına daxilolma perspektivlərini şərh edib.

Oxu.Az rosbalta-a istinadən xəbər verir ki, onun sözlərinə görə, bu, prezident Rəcəb Tayyib Ərdoğanın öz postunu tərk etdikdən sonra mümkün olacaq.

“Türkiyə ilə yaxşı münasibətlər əvvəlki kimi Aİ üçün vacibdir. Amma Türkiyənin hazırkı vəziyyətdə Aİ-yə daxil olması gələn onilliyə qədər real deyil. Bu barədə çox güman ki, Ərdoğan vəzifədən getdikdən sonra danışmaq mümkün olacaq”, - Ettinger bildirib.

Daha öncə Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, qarşısına qoyulan bütün şərtlər yerinə yetirildiyi halda, Brüsselin Türkiyə ilə viza rejimini oktyabrın 1-dən etibarən ləğv edəcəyini bəyan etmişdi. Bu tələblər sırasında kütləvi həbslərin dayandırılması və terror əleyhinə qanunvericiliyə dəyişikliklərin edilməsi də var.

Ərdoğan öz növbəsində Aİ-ni üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə və yetirilməsi mümkün olmayan tələblər irəli sürməkdə ittiham etmişdi. Ankara həmçinin Avropa İttifaqına daxilolmanın 2023-cü ildən gec baş verməyəcəyindən əminlik də bildirmişdi.

0
11