"Fənərbaxça" prezidenti vəzifəsindən 120 gün uzaqlaşdırıldı

"Fənərbaxça" prezidenti vəzifəsindən 120 gün uzaqlaşdırıldı

Türkiyə Futbol Federesiyasının Nizam İntizam Komitəsi “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırıma vəzifəsinin icrasını 120 gün dayanmaq barədə qərar qəbul edib.

Lent.az-ın TFF-in saytına istinadən məlumatına görə, Əziz Yıldırımın NTV kanalında verdiyi açıqlamalara görə 120 gün, Əziz Yıldırımın sözlərinə cavab verən "Qalatasaray" prezidenti Dursun Özbəkə və "Bursaspor" prezidenti Ali Aya isə 45 gün müddətinə cəza verilib.

Federasiyanın Nizam İntizam Komitəsinin qərarında bundan əlavə Fənərbaxça klubun prezidenti Əziz Yıldırıma 140 min türk lirası, “Qalatasaray” klubuna 100 min, prezidenti Dursun Özbəkə 30 min, "Bursaspor" klubuna 100, prezidentinə isə 30 min  türk lirası cəza verib.

0
8