Ermənistanın dövlət büdcəsinin gəlirləri azalıb

Ermənistanın dövlət büdcəsinin gəlirləri azalıb

Cari ilin yeddi ayının nəticələrinə görə, Ermənistanın büdcəsinin gəlirləri 633 milyard 400 milyon dram (2,1 milyard manat), məsrəfləri isə 717 milyard 200 milyon dram (2,4 milyard manat) olub.

Oxu.Az xəbər verir ki, bu barədə rəsmi məlumata istinadən “Joxovurd” qəzeti yazır.

“Beləliklə də bu ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinin gəlirləri keçən ilin anaoloji dövrü ilə müqayisədə 2 milyard 200 milyon dram (7,4 milyon manat) və ya 0,3% azalıb. Ermənistanın dövlət büdcəsinin bu il məsrəfləri keçən ilkindən daha çoxdur.

Əgər bu tendensiya davam edərsə və gəlirlər azalarsa, ilin sonunda büdcə çatışmazlığı nəzərdə tutulandan daha çox olacaq.

Xatırladaq ki, dövlət büdcəsinin çatışmazlığı ilin sonunda 193 milyard 243 milyon dramdan ibarət idi”, - nəşr yazır.

Qeyd edək ki, 1 Azərbaycan manatı 297,21 erməni dramına bərabərdir.

0
9