Yəməndə münaqişə qurbanlarının sayı 10 min nəfərə çatıb

Yəməndə münaqişə qurbanlarının sayı 10 min nəfərə çatıb

Ölkənin bir çox yerlərində tibb müəssisəsi olmadığından həlak olanların sayının daha çox ola biləcəyi istisna edilmir.

Yəməndə münaqişə qurbanlarının sayı təxminən 10 min nəfərə çatıb.

Oxu.Az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Yəməndəki humanitar koordinatoru Ceymi Makqodrik bildirib.

Onun sözlərinə görə, yeni rəqəmlər Yəməndəki tibb müəssisələrinin verdiyi rəsmi məlumatlara əsaslanır.

O, ölkənin bir çox yerlərində tibb müəssisəsi olmadığından həlak olanların sayının daha çox ola biləcəyini də vurğulayıb.

0
10