Ərdoğan "Fənərbaxça" klubun prezidenti ilə görüşəcək

Ərdoğan "Fənərbaxça" klubun prezidenti ilə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırımla görüşəcək.

Lent.az-ın Türkiyə mətbautına istinadən məlumatına görə,  bu görüş Ankarada Klublar Birliyinin iclasından sonra baş tutacaq. Ərdoğanla görüşdə təkcə Əziz Yıldırım deyil, “Fənərbaxça”nın digər idarəçilərindən Şekib Mosturoğlu, İlham Ekşioğlu, Ali Yıldırım və Mahmut Uslu da iştirak edəcək.

 2011–ci ildə “Fənərbaxça” klubunun idarəçiləri silahlı terror təşkilatı yaratmaqda və oyun alqı-satqısında təqsirləndirilib, klub prezidenti Əziz Yıldırım, Şekib Mosturoğlu, İlham Eksioğlu isə həbs edilmişdi. Uzun müddət çəkən məhkəmə sonunda “Fənərbaxça”lılar bəraət almışdılar. O gündən bəri Rəcaəb Təyyib Ərdoğanla görüşməyən Əziz Yıldırım  “NTV”də verdiyi müsahibədə klubun  Fətullahçı Terror Təşkilatının qurbanları olduqlarını açıqlamışdı. Bu sözlərdən sonra Türkiyə prezidenti “Fənərbaxça”lılarla görüşmək və onların hər birini dinləmək istəyib.

0
10