İTV ödənişli təşviqat aparılması üçün tarif cədvəlini təsdiqlədi

İTV ödənişli təşviqat aparılması üçün tarif cədvəlini təsdiqlədi

İctimai Televiziya və Radio Yayımları Şirkəti sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendum) ödənişli təşviqat aparılması üçün tarif cədvəlini açıqlayıb.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, tarif cədvəlini şirkətin Direktorlar Şurası təsdiqləyib.

İctimai Televiziyada (İTV) hər təşviqat müddəti 5 dəqiqə (günün müxtəlif vaxtlarında 3 və ya 4 dəqiqə də ola bilər) olmaqla efirin saniyəsi üçün tarif 20 AZN-dən 50 AZN-dək müəyyən edilib. İctimai Radioda isə hər təşviqat müddəti 4 dəqiqə olmaqla efir saniyəsinin tarifi 7 AZN-dən 25 AZN-dək müəyyənləşdirilib.

Qeyd edək ki, referendumqabağı təşviqatın aparılmasına sentyabrın 3-də başlanılacaq və sentyabrın 25-i saat 8.00-da dayandırılacaq. Mərkəzi Seçki Komissiyyası üç – “Yeni Azərbaycan”, “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti” təşviqat qruplarını qeydə alıb.

0
12