Putinin mətbuat katibi rəisinin sözlərinə görə üzr istədi

Putinin mətbuat katibi rəisinin sözlərinə görə üzr istədi

“Bu, böyük ehtimalla bizim səhvimizdir, yəqin ki, mənim səhvimdir”.

Rusiya prezidenti Vladimir Putinin Almaniyanın Suddeutsche Zeitung qəzetinin Amerikanın Goldman Sachs bankı ilə əlaqəli olması barədə sözləri prezident üçün sorğu materiallarını hazırlayanların səhvinin nəticəsidir, Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib, Oxu.Az İnterfaks-a istinadən xəbər verir.

“Bu, böyük ehtimalla bizim səhvimizdir, yəqin ki, mənim səhvim, sorğu kağızlarını hazırlayanların səhvidir. Orada həqiqətən də yoxlanılmamış məlumat var idi, təkrar yoxlamadıq və onu prezidentə Suddeutsche Zeitung mülkiyyətçiləri barədə məlumat kimi təqdim etdik”, - deyə, o, jurnalistlərə bildirib.

“Biz mətbu orqandan üzr istəyirik”, - deyə, Peskov vurğulayıb.

O, jurnalistlərin Putinin “birbaşa xətt” zamanı həmin mətbu orqanın ABŞ-ın Goldman Sachs bankı ilə əlaqəli olması barədə bəyanatına dair sualı belə cavablandırıb.

0
19