Fransada Azərbaycan haqqında kitab nəşr olunub

Fransada Azərbaycan haqqında kitab nəşr olunub

Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin, Fransanın Azərbaycandakı Səfirliyinin, “Unibank”ın, Fransanın “Total” şirkətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və UFC şirkətinin dəstəyi ilə Fransada “Nouvelles Nouvelles D’Azerbaidjan” (“Azərbaycan haqqında yeni novellalar”) kitabı nəşr olunub.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, kitab tanınmış müasir fransız yazıçılarının müxtəlif sahələr üzrə mövzularda ölkəmizə səfər edərək yazdığı novellalardan ibarətdir. Novellalar Bakı, Sumqayıt şəhərləri ilə yanaşı, Qəbələ və Şəkiyə də həsr olunub.

Kitabda Azərbaycan multikultural ənənələrə malik dünyəvi, tolerant ölkə olaraq tanıdılır və şərh edilir. Qeyd olunur ki, 2015-ci ildə 10 fransız yazıçı xəbər toplamaq üçün Azərbaycanda kəşfiyyatı öz üzərlərinə götürürlər və nəticədə müxtəlif novellalar yazılaraq kitab halına salınır.

Kitabda Azərbaycanın paytaxtı Bakı şəhəri labirintli küçələri, qalaları və futuristik qüllələri ilə bir sirli orta əsr şəhəri kimi tanıdılır.

0
8