ABŞ Venesuelada çevriliş hazırlayır

ABŞ Venesuelada çevriliş hazırlayır

Venesuela hakimiyyəti ABŞ və müxalifəti dövlət çevrilişi hazırlamaqda ittiham edib.

Oxu.Az xəbər verir ki, bu barədə Venesuelanın “Hispan TV” telekanalına istinadən TASS məlumat yayıb.

Sentyabrın 1-də müxalifət Karakasda etiraz marşı keçirməyi planlayıb, tələb prezident Nikolas Maduronun istefasına dair referendumun keçiriləcəyi tarixin elan edilməsidir.

“Çevrilişin müəllifi aydındır. Bu demokratiya əleyhinə olan müxalifət və beynəlxalq hüquqi qüvvələrdir”, - “Hispan TV” telekanalı Venesuelanın xarici işlər naziri Bernardo Alvares Erreranın sözlərini sitat gətirib.

Erreranın sözlərinə görə, məhz Barak Obamanın administrasiyası “öz dünya və xalqların inkişafına qarşı imperial planlarını” həyata keçirmək üçün Venesuelada və ümumilikdə regonda sabitliyi pozur.

Erreranın bəyanatı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbinin Venesuela hakimiyyətinin müxalif siyasətçi Daniel Sebayosun ev dustaqlığından həbsxana rejiminə keçirilməsinə dair qərarın qınamasına reaksiya oldu.

E.Ə.

0
12