Zukerberq Roma papasına PUA bağışladı - FOTO

Zukerberq Roma papasına PUA bağışladı - FOTO

Daha öncə KİV-də Zukerberq həyat yoldaşı ilə birlikdə Roma papası Fransisklə görüşmək istədiyi barədə məlumat yayılmışdı.

“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq İtaliyaya səfəri zamanı Roma papası Fransiskə dünyanın ən uzaq guşələrində internetə çıxışı təmin edə bilən günəş batareyalı pilotsuz uçan aparat (PUA) hədiyyə edib.

Oxu.Az xəbər verir ki, bu barədə M.Zukerberqin özü “Facebook” səhifəsində yazaraq papa ilə şəklini paylaşıb.

“Biz, həmçinin dünyanın internetə çıxışı olmayan yerlərində insanlar arasında əlaqənin əhəmiyyətini müzakirə etdik. Ona günəş enerjisi ilə işləyən “Aquila” modelli PUA verdik və o, internetə çıxışın olmadığı yerlərdə insanları internetə qoşacaq”, - M.Zukerberq yazıb.

O, bu görüşü heç bir zaman unutmayacağını və pontifikin insanlara necə qayğı göstərdiyini hiss etdiyini yd edib.

Daha öncə KİV-də Zukerberq həyat yoldaşı Pristsilla Çan ilə birlikdə Roma papası Fransisklə görüşmək istədiyi barədə məlumat yayılmışdı.

0
14