Rusiyadakı diaspor sədri:“Moskvaya yeni imam təyin edilib”

Rusiyadakı diaspor sədri:“Moskvaya yeni imam təyin edilib”

“Azərbaycandan kənarda olan gənclərlə təmasdayıq. Əlimizdən gələn hər şeyi edirik ki, Rusiyada yaşayan Azərbaycan gəncləri bir bayraq altında birləşə bilsin . Tez-tez mədəni, sosial və idman tədbirləri dəyirmi masalar, milli bayramlar və anım günləri keçirərək gənclərə təmasda oluruq. Azərbaycan gəncinin səsi artıq dövlət tribunalarından , Dumadan, ictimai palatadan gəlir . Biz düşmənlərimizə sübut etməliyik ki, bizlər azərbaycanlı olaraq bazar adamları deyilik. Amma təəssüflər olsun ki, bəzən gənclərimiz İŞİD , FETÖ və digər dini və terror təşkilatlarının qurbanı olur. Əsas məqsədimiz də gəncləri belə anti-milli qüvvələrin təsiri altına düşməsinin qarşısını almaqdır”. Bu sözləri Lent.az-ın müxbiriylə söhbətində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili bildirib. Toğrul bəyin dediyinə görə,

Rusiyada fəaliyyət göstərən bir sıra diaspora təşkilatlarında hələ də FETÖ təhlükəsi sovuşmayıb.

“Düz üç ildir ki , bu məsələni gündəmə gətirməkdəyik. Fətullahçılar Rusiyadakı siaspora qurumlarımızda yetərincədir və onlara dəstək verən şəxslər var. Konkret faktlara keçim.

Moskvada Azərbaycan – Rus Mədəniyyət və Həmrəylik Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzin təsisçisi FETÖ-nun keçmiş Moskva imamı, Namiq Şahpələngovdur. Moskva FETÖ-çularının fəaliyyətində bir neçə strateji dəyişikliklər olub. Onlar Rusiyada fəaliyyət göstərən FETÖ təşkilatına yeni simalar cəlb etmək, ifşa olunmuş idarə heyətini təzələmək və ən əsası, Moskva şəhərinə yeni oda hocasının təyin olunmasına çalışmaqdadırlar. Əvvəllər Moskva imamları Elşad Çərkəzov idi. O, Moskvadan qaçıb. Elşadı indi yeni imam əvəzləyib: Elvin Atakişiyev. Bir sözlə, FETO-çular hələdə Moskvada iş başındadırlar”, deyə Toğrul bəy bildirib.

0
10