Dünyanın ən yaşlı insanı 145 yaşındadır - FOTO

Dünyanın ən yaşlı insanı 145 yaşındadır - FOTO

İndoneziya hökumətinin rəsmi sənəd axtarışlarında təsadüfən ortaya çıxan və təvəllüdü 31 dekabr 1870-ci il doğumlu xəstəxana hesabatı ilə sənədləşdirilmiş Mbah Gotho adlı 145 yaşlı kişinin dünyanın ən yaşlı insanı olduğu açıqlanıb.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, İndoneziyanın Java adasında yaşayan həmin şəxsin ondan əvvəl “Dünyanın ən yaşlı insanı” adına sahib olan 122 yaşlı adlı fransız qadının rekordunu qırdığı elan edilib.

10 bacı-qardaş olduqlarını, dörd dəfə evləndiyini və sonuncu həyat yoldaşını 1988-ci ildə itirdiyini söyləyən Gothonun bütün bacı-qardaşları və uşaqları həyatını itirib.

Hal-hazırda nəvəsi ilə birlikdə yaşayan Gotho, həyatda təkbaşına qaldığını və ölümə hazır olduğunu ifadə edərək “Dəfn olunacağım məzarı 24 il əvvəl öz əllərimlə hazırlamışam. Artıq ölmək istəyirəm” deyib.

Aytən Sadıqzadə

0
10