BMT baş katibi postu uğrunda seçkilərin üçüncü turu keçirilib

BMT baş katibi postu uğrunda seçkilərin üçüncü turu keçirilib

Hazırda 10 namizəd BMT baş katibi vəzifəsi uğrunda mübarizə aparır.

Portuqaliyanın eks-baş naziri Antoniu Qutyerreş BMT baş katibi postu uğrunda seçkilərin üçüncü turunda qalib gəlib.

Oxu.Az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə A.Qutyerreşin lehinə 11, əleyhinə isə 3 səs verilib.

Üçüncü turun nəticələrinə görə, ikinci yerdə Slovakiyanın XİN rəhbəri Miroslav Layçak qərarlaşıb. O, ötən raundda ikinci olmuş Sloveniyanın sabiq prezidenti Danilo Turku qabaqlayıb.

Hazırda 10 namizəd BMT baş katibi vəzifəsi uğrunda mübarizə aparır.

Hazırkı baş katib Pan Gi Munun səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatır.

0
9