Tailandda “Maha Nakhon” göydələninin inşası başa çatıb - FOTO

Tailandda “Maha Nakhon” göydələninin inşası başa çatıb - FOTO

Göydələnin tikintisi 8 ildir ki davam edirdi, inşaata 640 milyon dollar sərf edilib.

Tailandın paytaxtı Banqkokun ən hündür binasının, 314 metrlik “Maha Nakhon”un inşaatının başa çatmasının təntənəli mərasimi keçirilib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, göydələnin rəsmi açılışı gələn il baş tutacaq.

“Maha Nakhon” binası uzun müddət şəhərin ən hündür binası hesab edilən “Bayoke Sky” mehmanxanasından 10 metr hündürdü.

Narativat küçəsində yerləşən binanın tikintisi 8 ildir ki davam edirdi, inşaata 640 milyon dollar sərf edilib.

Nəşrin məlumatına görə, mərasim zamanı ilk altı mərtəbəsində ticarət mərkəzinin, yuxarı mərtəbələrdə “lüks” mənzillərin yerləşdiyi bina projektorlarla işıqlandırılıb, mərasimin keçirildiyi şəffaf döşəməsi olan 77-ci mərtəbədə toplaşanlara lazer şousu təqdim edilib.

Yeni göydələnin adı “Böyük paytaxt” kimi tərcümə edilir və Banqkokun rəsmi adının ilk sətirindən ibarətdir.

Bu binadakı mənzillərin bir hissəsi daha bir rekordu qıracaq, bu dəfə qiymət üzrə, belə ki, yuxarı mərtəbədəki mənzillər 2 milyon dollar və yuxarı qiymətlə satılacaq.

0
9