Lənkəranda qəza: Ölən və xəsarət alanlar var – FOTO

Lənkəranda qəza: Ölən və xəsarət alanlar var – FOTO

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, ötən gecə Ələt-Astara magistralının 202-ci kilometrliyində, Şilavar kəndində Bakının Qaradağ rayon sakini, 1984-cü il təvəllüdlü İlham Rəşad oğlu Dəmirovun idarə etdiyi “KamAZ” markalı, 90 BE 061 dövlət nömrə nişanlı yük maşını Lerik rayonunun Piran kənd sakini, 1965-ci il təvəllüdlü Əlimərdan Ayaz oğlu Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı, 42 BJ 253 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Güclü zərbədən minik avtomobilinin sürücüsü və 4 sərnişini - Lerikin Bobla kənd sakinləri Həqiqət Quliyeva, Vilayət Hüseynov, Günəş Hüseynova və Qismət Kazımov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, Əlimərdan Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Digər xəsarət alanların vəziyyəti isə stabildir.

İlkin versiya kimi qəzanın “VAZ-2107”-nin “KamAZ”-ın qarşısına çıxması səbəbindən baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq təfərrüatı həyata keçirilən avto-texniki ekspertizanın yekun rəyindən sonra məlum olacaq.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi başlanıb.

0
9