Hakkaridə partlayış: 15 yaşlı yeniyetmə yaralandı

Hakkaridə partlayış: 15 yaşlı yeniyetmə yaralandı

Bu gecə Türkiyənin Hakkari şəhərində partlayış törədilib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, Hakkari-Van yolunda partlayıcı qurğu zirehli avtomobili keçdiyi zaman işə düşüb.

Partlayış nəticəsində bir mülki şəxs ağır yaralanıb. 15 yaşlı yeniyetmə oğlan xəstəxanaya çatdırılıb.

Hadisədən dərhal sonra bölgədə əməliyyat başlayıb.

0
16